
İllərin təcrübəsi iləmüasirliyi birləşdirdik.
STARA GROUP 12 tikinti, infrastruktur, boru kəmərləri, yol və çay mühafizəsi sahəsində işləyir.
Layihələr





İxrac boruları
Boru kəməri boyunca eroziya risklərinin aradan qaldırılması və qoruma işləri. Sxematik təsvir, real miqyası əks etdirmir.
Fəaliyyət sahələri
Şirkətin əsas iş istiqamətləri.
Haqqımızda
STARA GROUP 12 tikinti, neft-qaz boru xətləri və obyektlər üzrə işləri icra edən şirkətdir. Hər layihədə məqsədimiz sadədir: təhlükəsiz iş prinsipləri, güclü təməl və dayanıqlı nəticə.
Fəaliyyət istiqamətləri
Tikinti və infrastruktur, yolların tikintisi və təmiri, neft-qaz boru kəmərlərinin mühafizəsi, çay yataqlarının qorunması və bəndbərkitmə işləri.
Təcrübə
Kürəkçay, ixrac boru kəmərləri və Geo Hazard layihələri təcrübəmizin yalnız bir hissəsidir. Müxtəlif tikinti, təmir və infrastruktur layihələrində fəaliyyət göstərərək fərqli sahələrin tələblərinə uyğun işlər həyata keçiririk.
Texniki imkanlar
Müxtəlif ərazi və iş şəraitində ağır texnika ilə işləmək, geodeziya ölçmələri aparmaq və iş prosesinə texniki nəzarət etmək imkanlarına malikik. Layihənin xüsusiyyətlərinə uyğun texnika və iş üsullarından istifadə edirik.
Keyfiyyət yanaşması
İşlərin keyfiyyətinə nəzarət, insan həyatının və əməyinin təhlükəsizliyi, texnikanın düzgün istismarı və ətraf mühitin qorunması fəaliyyətimizin əsas prinsipləridir. Hər mərhələdə məsuliyyətli yanaşmaya, təhlükəsiz iş şəraitinə və görülən işlərin davamlı nəticə verməsinə önəm veririk.

Hər layihədə güclü təməl qurmaq, işi vaxtında və təhlükəsiz başa çatdırmaq, illərin təcrübəsini müasir texniki yanaşma ilə birləşdirərək çay mühafizəsindən boru kəmərlərinə qədər hər sahədə etibarlı və dayanıqlı nəticə ortaya qoymaq.