STARA GROUP 12
Kürəkçay layihəsi: qürub vaxtı çay keçidi

İllərin təcrübəsi iləmüasirliyi birləşdirdik.

STARA GROUP 12 tikinti, infrastruktur, boru kəmərləri, yol və çay mühafizəsi sahəsində işləyir.

Foto: Kürəkçay layihəsi, çay keçidinin bəndbərkitmə işləri Aşağı sürüşdürün

Layihələr

Kürəkçay layihəsi
01

Kürəkçay layihəsi

Çay keçidinin bəndbərkitmə işləri

02

Geo Hazard layihəsi

Layihə üzrə qaya daşı və geotekstil işləri, geodeziya ölçmələri, texnika ilə iş.

Geo Hazard
Geo Hazard
Geo Hazard
Geo Hazard
Geo Hazard
Geo Hazard

İxrac boruları

Boru kəməri boyunca eroziya risklərinin aradan qaldırılması və qoruma işləri. Sxematik təsvir, real miqyası əks etdirmir.

Fəaliyyət sahələri

Şirkətin əsas iş istiqamətləri.

01

Boru saxlanma və boşaltma

Boruların və tikinti materiallarının təhlükəsiz saxlanması, daşınması və boşaldılması.

02

Yol tikintisi və çay yataqlarının bənd bərkidilməsi

Çay yataqlarının və yamaclarının qaya daşı, geotekstil və torpaq işləri ilə qorunması.

03

Təmir-tikinti

Terminal obyektlərində tikinti-quraşdırma və köməkçi infrastruktur işləri.

03

Metal konstruksiyalar

Metal konstruksiyaların hazırlanması və quraşdırılması.

Haqqımızda

STARA GROUP 12 tikinti, neft-qaz boru xətləri və obyektlər üzrə işləri icra edən şirkətdir. Hər layihədə məqsədimiz sadədir: təhlükəsiz iş prinsipləri, güclü təməl və dayanıqlı nəticə.

Fəaliyyət istiqamətləri

Tikinti və infrastruktur, yolların tikintisi və təmiri, neft-qaz boru kəmərlərinin mühafizəsi, çay yataqlarının qorunması və bəndbərkitmə işləri.

Təcrübə

Kürəkçay, ixrac boru kəmərləri və Geo Hazard layihələri təcrübəmizin yalnız bir hissəsidir. Müxtəlif tikinti, təmir və infrastruktur layihələrində fəaliyyət göstərərək fərqli sahələrin tələblərinə uyğun işlər həyata keçiririk.

Texniki imkanlar

Müxtəlif ərazi və iş şəraitində ağır texnika ilə işləmək, geodeziya ölçmələri aparmaq və iş prosesinə texniki nəzarət etmək imkanlarına malikik. Layihənin xüsusiyyətlərinə uyğun texnika və iş üsullarından istifadə edirik.

Keyfiyyət yanaşması

İşlərin keyfiyyətinə nəzarət, insan həyatının və əməyinin təhlükəsizliyi, texnikanın düzgün istismarı və ətraf mühitin qorunması fəaliyyətimizin əsas prinsipləridir. Hər mərhələdə məsuliyyətli yanaşmaya, təhlükəsiz iş şəraitinə və görülən işlərin davamlı nəticə verməsinə önəm veririk.

Missiyamız

Hər layihədə güclü təməl qurmaq, işi vaxtında və təhlükəsiz başa çatdırmaq, illərin təcrübəsini müasir texniki yanaşma ilə birləşdirərək çay mühafizəsindən boru kəmərlərinə qədər hər sahədə etibarlı və dayanıqlı nəticə ortaya qoymaq.

Əlaqə